Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında (APL) IX turun daha iki oyunu keçiriləcək.
İctimai.az-ın APL-in rəsmi saytına istinadən məlumatına görə, günün ilk matçında “Səbail” evdə “Şamaxı”nı qəbul edəcək.
“ASCO Arena”da start götürəcək görüş saat 17:00-da başlayacaq.
Ardınca saat 19:30-da “Sabah” klubu “Araz-Naxçıvan” kollektivini sınağa çəkəcək. Qarşılaşma “Bank Respublika Arena”da gerçəkləşəcək.
Xatırladaq ki, dünən turun açılış matçında “Kəpəz” komandası “Neftçi” üzərində 4:3 hesablı qələbə qazanıb.