Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi regiondur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. 1990-cı illərdən – Sovetlər İttifaqının süqutundan sonra 5 türk dövləti müstəqillik əldə etdi. Bu da bu kimi səbəblərdən biri-birindən onillərlə ayrı salınmış türk dünyasında bir canlanma əmələ gətirdi. Azərbaycan Mərkəzi Asiya, o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur. Müstəqillik əldə etdikdən sonra bu işdə olduqca fəallıq göstərən Azərbaycan hərtərəfli əlaqələri gücləndirməyə başladı. Hazırda Azərbaycan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri edib. Həmin müddət Qazaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının ümumilikdə Azərbaycana 15 rəsmi səfəri olub. Rəsmi Bakının Türk dünyasının birliyinin möhkəmlənməsində göstərdiyi səylər Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən bəyənilir və yüksək qiymətləndirilir.