Azərbaycan “Xaçınçay” su anbarından nə vaxt istifadə edəcək? – AÇIQLAMAbackend

“Xaçınçay” su anbarı Ağdamın 7 min hektar əkin sahəsini suvarma ilə təmin edirdi”.

Oxu.Az xəbər verir ki, bunu Ağdam rayonundakı “Xaçınçay” su anbarına təşkil edilən mediatur zamanı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, “Xaçınçay” su anbarına yığılan su ilə 2024-cü ilin payız suvarmasının aparılması planlaşdırılır:

“Su anbarı tamamilə dağıdılmışdı, qəzalı vəziyyətdə idi. Buna görə də təcili tədbirlərə başlanıldı. İlk olaraq ərazidə minalardan təmizlənmə işləri aparıldı”.

R.Aslanov qeyd edib ki, tender keçirilib və “Körpü-Bina-Tikinti” MMC qalib gəlib:

“Su anbarının yenidən qurulması üçün iqtisadi-texniki əsaslandırma və layihə-smeta sənədləri hazırlandı. İki aydır ki burada iki növbəli iş görülür”.

Sonda əlavə edib ki, “Xaçınçay”da betonlama işləri gələn ilin oktyabrına qədər tam başa çatacaq.

Qeyd edək ki, “Xaçınçay” su anbarı 1964-cü ildə Xaçınçayın üzərində tikilib. Bu çay Azərbaycan ərazisində formalaşır və mənbəyini dəniz səviyyəsindən təqribən 1800 metr hündürlükdən götürür.