Azərbaycan xalqı öz Ulu Öndərini böyük ehtiramla anırbackend

Ulu Öndər Heydər Əliyev Müasir Azərbaycanın qurucusu , xalqın xilaskarı , yeganə ümidi və xalqın seçdiyi sevimli bir başçı idi. Məhz onun uzaq görənliyi və güclü siyasi baxışları Azərbaycanı bu gün dünya arenasında aparıcı ölkələrdən birinə çevirmişdir. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ölkənin rəhbəri olmuşdur. Azərbaycan xalqı çox gözəl bilirdi ki, Müstəmləkədən yeni çıxmış bir ölkəni inkişaf etdirəcək , xalqın firəvanlığını artıracaq yeganə şəxs odur.
90-cı illərin əvvələrində torpaqlarımızın 20 faizinin işğal olunması , ölkədə baş verən çaxnaşmalar , daxili ixtişaşların nəticəsində Azərbaycan xeyli sarsılmışdır. Artıq ölkə parçalanmaya doğru gedirdi və qarşısıalınmaz bir xaos var idi.
Heydər Əliyev hələ təhlükəsizlik orqanlarında və Sovet hökümətinin Ali vəzifələrində çalışarkən azərbaycanlıların yüksək vəzifələri gətirilməsi yönündə böyük səylər göstərmişdir. O dövr üçün azərbaycanlıların yüksək vəzifələrdə yer tutması çətin çətin və imkansız idi. Amma Ulu Öndərimizin şəxsi nüfuzu və xalqına olan sevgisi bu mümkünsüzü mümkün etdi. Yeni kadrlar içərisində artıq Sovet hakimiyyətində,təhlükəsizlik orqanlarında azərbaycanlı şəxslərin sayında xeyli artım müşahidə olunurdu. Məhz bunun nəticəsidir ki, Heydər Əliyevin bu siyasətinin nəticəsi , Hüquq Mühafizə orqanlarının prinsipi artıq xalqı “cəzalandıran” yox qoruyan , mühafizə edən bir quruma çevrildi. Ulu Öndərin bu siyasəti Azərbaycan xalqının öz polisinə , hərbçisinə və dövlətinə olan sevgisini artırdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən sonra ölkənin ən uğurlu prezidentləri sırasında birinci yerdə idi. İlk prezidentliyi dövründə yaradılan yeni xarici əlaqələr , imzalanan müqavilələr , yeni iş yerlərinin açılması , gənclərin təhsil alması üçün yaradılmış imkanlar bu günümüzdə də ölkəmizdə öz təsirin saxlayır. Heydər Əliyevin dünya liderləri arasındakı hörməti , ona olan rəğbət o dövr üçün ölkəmizin inkişafında xüsusi rol oynamışdır. Bu rəğbət Azərbaycanın hər sahəsinə müsbət yöndə təsir edirdi. Artıq Azərbaycan regionda öz sözünü demiş dinamik inkişafı ilə seçilən ölkəyə çevrilmişdir.
Heydər Əliyev hər çıxışlarında Azərbaycana olan sevgisini tam səmimi şəkildə çatdırırdı. Mətbuatla olan sıx yaxınçılığı və xalqla olan sıx görüşlər bunun bariz nümunəsidir. Ulu Öndərin vətənə , millətə olan sevgisi , onun üçün hər şeydən üstün idi.
Məhz Heydər Əliyevin dövründən başlayaraq Azərbaycan gənclərinin təhsil alması üçün, dövlət tərəfindən böyük imkanlar yaranmışdır. Ulu Öndərin göstərişi ilə ölkəmizdə təhsil ocaqlarının, o cümlədən yeni məktəb və univetsitetlərin yaradılması , xaricdə təhsil almaq istəyən tələbələr üçün dövlət proqramlarının hazırlanması bunun göstəricisi idi. Prezident seçiləndən sonra ilk görüşünü gənclərlə keçirdin Heydər Əliyevin bu addımı, Azərbaycan gəncliyinə göstərdiyi dəyər idi.
Heydər Əliyev Azərbaycanın gələcəkdə daha da inkifaş edib , dünyada aparıcı ölkələrdın birinə çevirələcəyini yaxşı bilirdi. Bunun üçündə gələcəkdə ölkəmizin daha da irəliləməsi üçün özü kimi bir şəxsiyyət yetişdirdi. Azərbaycan Respublikaslnln prezidenti , Silahlı qüvvələrin Ali Baş komandanı Cənab İlham Əliyev bu gün atasının miras qoyub siyasəti davam etdirir. Bu siyasət Azərbaycanın inkişafına , xalqın güzaranının yaxşılaşdırılmasına doğru yönəlmişdir. Cənab prezident İlham Əliyevin uzaqgörənliyi və uğurlu siyasətinin nəticəsində işğal altında olan torpaqlarımız düşmındən azad olundi. Azərbaycan bütün dünyada öz sözünü deyən və məğrur , qorxmaz bir dövlət kimi tanındı. Bütün bunların nəticəsində Dövlətimizə olan rəğbət artmış və Azərbaycan xalqının necə əzmkar , qorxmaz bir millət olduğu dünyaya yansımışdır.
Bu gün Azərbaycan tam müstəqil bir ölkədir. Dövlətimizin öz imkanları ilə hər gün dinamik inkişafı göz önündə olan damılmaz bir faktdır. Bütün bunların səbəbkarı , bu siyasətin başlanğıcını qoyan Ulu Öndər Heydər Əliyev və bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevdir.
Bu gün Azərbaycan xalqı öz Ulu Öndərini böyük ehtiramla anır. Xalqın ona olan sevgisi , hörməti sarsılmazdır. Heydər Əliyevin irsi və fəaliyyəti xüsusi bir məktəbdir. Azərbaycan üçün göstərdiyi Fədakarlıq hər birimiz üçün nümunədir.
Ulu Öndər Heydər Əliyevi xüsusi ehtiramla anırıq. Bizə müstəqil , azad və güclü bir Azərbaycan qurduğu üçün təşəkkür edirik. Heydər Əliyev Azərbaycanın qəlbində silinməz bir iz qoymuş , xalqın xilaskarı olan bir şəxsiyyətdir.

Bəhlul Əsədov

YAP Səbail rayon təşkilatının aktiv gənci , gənc siyasi ekspert