Azərbaycan XİN: “Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik”backend

“29 aprel 2025-ci il tarixində Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Maykl O`Flayertinin Azərbaycanda aparılan bəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəmə qərarları ilə bağlı səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edirik”.

İctimai.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O`Flayertinin Azərbaycan əleyhinə bəyanatına dair şərhində deyib.

O bildirib ki, sözügedən bəyanat Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə davam edən müdaxilə istiqamətində növbəti uğursuz cəhddir:

“Milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq, Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarına təminat verilir və onlara tam hörmət edilir. Bununla yanaşı, sözügedən hüquq və azadlıqlar Azərbaycanın öz vəzifələrini yerinə yetirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən köklü məhkəmə institutları tərəfindən qorunur.