Azərbaycan yeni qırıcı təyyarələr alır

VORONEZH REGION, RUSSIA - JUNE 17, 2017: A Sukhoi Su-25 fighter jet fires from a Gryazev-Shipunov GSh-23 autocannon during a performance at the Aviamix airshow, the opening event for the 2017 Aviadarts military aviation competition, at the Pogonovo range. Sergei Bobylev/TASS –осси€. ¬оронежска€ область. 17 июн€ 2017. Ўтурмовик —у-25 во врем€ стрельб из пушки √Ў-23 во врем€ выступлени€ на авиационном шоу "јвиамикс", открывающего международный конкурс "јвиадартс - 2017" на полигоне "ѕогоново". —ергей Ѕобылев/“ј——

“Azərbaycan Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələrində bütün islahatlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Hər bir qoşun növünün öz inkişaf strategiyası və proqramı var”.

Bunu müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov “Report”un sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və s. məsələlər konseptual şəkildə yerinə yetirilir:

“Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”.

Oxşar xəbərlər