Ərəb mətbuatı Azərbaycan Prezidentinin Füzuliyə səfəri ilə bağlı materiallar yayıbbackend

Misirin alqraralaraby.com, alwasela.com, rayetmisr.com, elsaanews.com, news.albousla.ps, algornalgy.com, culturenews.info portalları, həmçinin ən qədim və etibarlı qəzetlərindən biri olan ingilisdilli “Egyptian-gazette”, Sudanın alwaginews.com, sinopanorama.net, businessnowsd.com, sudanindependent.com, elhorreya.com, selunews.com, sdnewsnetwork.com satları, İraqın mustaqila.com, agnaden.net və Əlcəzairin alharir.info mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş Füzuli rayonuna səfəri və Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşünə dair materiallar yayıb.
AZƏRTAC xəbər verir ki, adları çəkilən resurslar Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin Füzulidə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünə dair təəssüratlarını ərəbdilli oxuculara çatdırıb.
U. Mirzəyev işğal dövründəki 30 il ərzində bir an da olsun dayanmadığını, torpaqların işğaldan azad olunacağına inandığını və bu yöndə bacardığı qədər çalışdığını deyərək, Füzulidə keçirilən təməlqoyma mərasimində bir füzulili olaraq iştirak etdiyi üçün şanslı olduğunu bildirib.
Qeyd edib ki, səmimi şəraitdə keçən görüş zamanı Prezidentin sözlərində, simasında əzm, qətiyyət hiss edib. “Bu əzm və qətiyyəti biz bir il öncə müharibə gedən zaman da görürdük. O zaman dövlət başçısı bütün təzyiqlərə baxmayaraq, müharibədə qələbə çalmaq, sona qədər getmək əzmində idi. Bu gün isə o, azad edilmiş torpaqları yenidən bərpa etmək, dirçəltmək əzmindədir. Əminəm ki, Prezidentin ortaya qoyduğu qətiyyət tezliklə öz bəhrəsini verəcək, füzulililər, Qarabağ sakinləri doğma yurd-yuvalarına qayıdacaqlar”, – deyə o qeyd edib.
Bundan əlavə, Pakistanın nüfuzlu DND agentliyi də BAMF prezidentinin fikirlərinə geniş yer ayırıb.