Azərbaycançılığın təntənəsi – Dünya Azərbaycanlılarının Zəfər Qurultayıbackend

“Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur”  bu sözləri  Azərbaycan  xalqının Ümummilli Lideri dahi Heydər Əliyev 2001-ci il noyabr ayının 9-10 da keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında söyləmişdir. Dahi Liderimiz bu vasitədən xalqımızın həmrəy olması üçün daim istifadə etməsini deyirdi. Ulu Öndər doğma xalqın xoşbəxtliyini, onun firavan gələcəyini və eyni zamanda qüdrətini milli həmrəyliyin güclənməsində görürdü. Həmrəylik, milli birlik  hər bir xalqın böyük dəyəri, onun güc-qüvvəsidir. Milli həmrəyliyi nümayiş etdirən xalq tarixin çox sərt və ağır sınaqlarından alnı açıq çıxmağı bacarır. Azərbaycan xalqının taleyində belə sınaqların sayı heç də az deyil, lakin sarsılmaz milli birliyin hesabına öz dahi liderlərin ətrafında sıx birləşmək xüsusiyyəti gücünə məğrur xalqımızın başı ucadır.

Azərbaycan xalqının beş min ildən çox olan zəngin dövlətçilik tarixi sanki qəhrəmanlıq salnaməsidir.   Qırx dörd gün  davam  edən  və qələbə ilə nəticələnən mücadilərimiz qəhrəmanlıq salnaməsinin ali zirvəsidir. Bu möhtəşəm zəfərin kulminasiya nöqtəsi isə, Türk dünyasının mədəniyyəti və incəsənət beşiyi, Azərbaycanın incisi olan Şüşada Dünya  Azərbaycanlılarının  V Qurultayın keçirilməsidir. Xalqın millli birliyinin, sarsılmaz iradəsinin, hürriyyət eşqinin rəmzi olan Qurultay dünya ictimayyətinə, xüsusilə Ermənistana və onun havadarlarına ciddi mesajlar ötürdü. Qarabağ torpaqlarının  həqiqi sahibləri qayıdıb!  Zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı həmrəy xalqdır! Qarabağ – əzəli Azərbaycan torpağıdır. Biz Zəngəzura qayıdacağıq! Birliyimiz sarsılmaz, gücümüz birliyimizdədir! Qarabağ Azərbaycandır!

Azərbaycan xalqının birliyinin, onun həmrəy olmasınn mühüm təməlləri mövcuddur: Azərbaycan dili, qədim tarixi, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri . Xalqımız illər, əsirlər boyu milli-mənəvi dəyərlərini yaşadaraq onların gələcək nəsillərə ötürülməsinə xüsusi  önəm verirdi. Milli-mənəvi  dəyərlərinin, mədəniyyətinin qorunması, xalqın milli birliyinin möhkəmlənməsinə və onun təmin etməsinə xidmət edir.  Danılmaz faktordur ki, milli-mənəvi  dəyərlərimiz  yaşadıqca milli kimliyimiz də mövcud olacaq.  Müzəffər Ali  Baş  Komandan, cənab İlham Əliyev hər bir çıxışında bu mövzu  qırmızı  xətlə keçir.  Dünya Azərbaycanlılarının V Qurultayında da cənab Prezidentimizin çıxışı istisna olmadı. Bu nitqdə diaspora  təşkilatları üçün gənc nəslin azərbaycançılıq məfkürəsinin güclənməsinə dair  ikinci və üçüncü nəsil azərbaycanlılar üçün doğma dilimizin qorunması, adət-ənənələrimizin, milli mədəniyyətinin hifz etməsi, şanlı tariximizin öyrədilməsi məsələlərinin önəmliyi xüsusilə vurğulanmışdır.  Ümumilikdə, qurultayda cənab İlham Əliyevin nitqi diaspora təşkilatlar üçün gələcəkdə  görüləcək işlərin xülasəsi,  yol xəritəsi idi.  Azərbaycanla bağlı həqiqətlərin dünya  ictimayyətinə  daha aktiv çatdırılması,  zəngin mədəni irsimizin geniş təşviqi, işğaldan  azad olunmuş torpaqlarda həyatın oyanışı üçün mühüm töhfələrin verilməsi bu qəbildəndir.

Dünya Azərbaycanlılarının V Qurultayı  xalqımızın  həmrəyliyinin təzəhürü olaraq, əsası Ümummilli Lider tərəfindən qoyulmuş  azərbaycançılıq məfkürəsinin təntənəsidir. Məhz azərbaycançılıq çətiri altında dünyanın müxtəlif ökələrdən Zəfər Qurultayına qatılan söydaşlarımız beynəlxalq aləminə sarsılmaz birliyini nümayiş etdirdi. Dahi Heydər Əliyev Dünya Azərbaycanlıların I Qurultayında söylədiyi, milli şüurumuzun əsasını və məgzini təşkil edən, gürürla dolu sözlərini xatırlamaq istərdim: “ Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də  fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu gün dahi Liderimizin ruhu şaddır.  Dahi atasının vəsiyyətini dahi oğlu yerinə yetirib. Şuşa azaddır, Şuşa dirçəlir! Qarabağ Azərbaycandır!

 

Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun

Bakı Slavyan Universiteti ərazi təşkilatının sədri

dos. Sevinc L. Axundova