Tarix dahi şəxsiyyətləri, ölkəsinin qurucusu olan şəxsləri heç bir zaman unutmur, hətta onu yaşadaraq, gələn nəsillərin milli-mənəvi dəyərlərinə aşılayır. Ulu öndər Heydər Əliyev tarixin unudulmaz dahi şəxsiyyətlərindən biri olaraq Azərbaycan respublikasının quruculuğunda öz imzası olan bir dühadır. Onun azərbaycançılıq siyasəti və vətəninə olan sevgisi danılmaz bir faktdır.
Azərbaycançılıq ideologiyasını yaradaraq müasir Azərbaycan gənclərinə, ölkəsini, milli dəyərlərini, mənəviyyatını sevməyi, qorumağı hər bir gəncə aşılamış və bu günümüzə qədər də onun qoyduğu izlərlə irəliləyən nəsillər inkişaf etməkdədir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və onun siyasətinin davamı olaraq inkişafda olan ölkəmiz Azərbaycan, regionda və dünya siyasət arenasında öz sözün dəyən müstəqil bir ölkə olaraq tanınır.
Heydər Əliyev deyirdi, “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli – mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”. Həyata keçirilmiş uğurlu və gələcəyə yönümlü siyasətin bəhrələrindən biri olan azərbaycançılıq ideologiyasının nəticəsi olaraq deyə bilərik ki, hər bir azərbaycanlı ölkəsində və ölkəsinin hüdüdlarından kənarda güclü siyasətin nəticələrini görür və bununla qürür duyur. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən ulu öndər Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə həmrəyliyə nail olmuşdur.
Dünya birliyinə inteqrasiya etmiş bir ölkə olaraq öz dəyərlərini cəmləşdirərək Azərbaycançılıq ideologiyasını ön sırda tutaraq təbliğ etmişdir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının birləşdirən, bir ocağın istisinə toplayan bir ideologiyadır. Heydər Əliyev bu ideologiyanı yaratdı və bu xalqın gələcəyini əmin əllərə ötürdü. Bu gün bu ideologiya cənab İlham Əliyevin siyasəti və Mehriban xanım Əliyevanın sayəsində davam etdirilir.
Dosent Günay Babayeva
Bakı Slavyan Universiteti

