Azərbaycanda benzinin istehsalı artıb, dizelin isə azalıbbackend

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 908 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.3% artıb.

İctimai.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, neft məhsullarından mazut istehsalı 3.3 dəfə (230.0%), ağ neft istehsalı 9.5%, neft bitumu istehsalı 7.6%, sürtgü yağları istehsalı 7.1%, avtomobil benzini istehsalı 0.5% artıb.

Məlumata görə, hesabat dövründə ölkədə neft koksu istehsalı 15.3%, dizel yanacağının isə 1.3% azalıb.