Azərbaycanda keçirilən futbol matçında 21:0 hesabı qeydə alınıb.
İctimai.az-ın xəbərinə görə, bu, AFFA-nın keçirdiyi həvəskar xarakterli Region Liqasında baş tutub.
Belə ki, millimizin sabiq futbolçusu Cavid Hüseynovun yaratdığı “Cəbrayıl” komandası “Davam Gənclər Hərəkatı” İctimai Birliyinə məxsus olan “Davam” komandasını 21:0 hesabı ilə darmadağın edib.