“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Beyləqanda keçirilibbackend

AFFA-nın və Beyləqan Rayon İcra  Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı  inkişaf etdirək”  layihəsi üzrə  növbəti  tədbir  30 oktyabr 2021-ci il tarixdə Beyləqan rayonunda keçirilmişdir.

İctimai.az xəbər verir ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində  karantin rejminin tələblərinə əməl etməklə  Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər  Fizuli, Tərtər, Bərdə, Oğuz  Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir, Səlyan, Göyçay rayonunun qəsəbə və  kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində keçirilmişdir

Beyləqan  rayonunun Qəhrəmanlı   qəsəbəsində  keçirilmiş tədbirdə 50  məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Beyləqan rayonundan Milli Məclisə seçilmiş deputat Şahin İsmayılov, Beyləqan  Rayon İcra Hakimiyyəti başçısının I müavini Telman Məstanov, Beyləqan Rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev və  rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir.  Tədbirdə  Milli Məclisin deputatları Rauf Əliyev, Şahin İsmayılov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının I müavini Telman Məstanov çıxış ediblər.  Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində  torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Çıxış edənlər Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərin, 8 noyabr  Zəfər Gününün  Azərbaycan tarixinin ən  şanlı səhifəsi olduşunu vurğulamışlar. Eyni zamanda şıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə  belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər. Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Bu layihə üzrə tədbirlərin  Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.