Azərbaycanda hərbi maşın qəzaya düşdü: 15 hərbçi yaralandıbackend

Göygöl rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

İctimai.az-ın məlumatına görə, hadisə Aşıqlı kəndi ərazisində baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, DQ-ya məxsus “Ural” markalı avtomobil aşıb:

“Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan ambulator yardım göstərilib. Digər üç nəfər hospitala yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. Hadisə zamanı ölən olmayıb”.

Faktla bağlı araşdırma aparılır.