Azərbaycanda toy yasa döndü: Bəy və qardaşı bıçaqlandı, atası öldü backend

İsmayıllı rayonunda keçirilən toy mərasimi ölümlə bitib.

Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Belə ki, keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb. Daha sonra həmin mübahisə toy sahibinin evində davam edib.

Onları sakitləşdirmək istəyən bəy və onun qardaşı toya dəvət olunmayan şəxs tərəfindən bıçaqlanıb.

Hər iki qardaş xəstəxanaya yerləşdirilib.

Övladlarının bıçaqlandığını görən bəyin atasının vəziyyəti pisləşib. O, ürək tutmasından vəfat edib.

Qeyd edək ki, bəyin atası əvvəl də infarkt keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov  bildirib ki, faktla bağlı cinayət işi başlanılıb:

“Hadisəni törədən şəxsin İsmayıllı şəhər sakini Hafiz Ağayev olduğu müəyyən edilib. Hazırda da zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.