Azərbaycanda koronavirusa (COVID-19) 421 yeni yoluxma faktı qeydə alınıb, 3645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 33 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 24834 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 4287, hazırkı dövrədək isə 2204226 test aparılıb.

