Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirusa (COVID-19) 803 yeni yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 30 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 22689 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 6200, hazırkı dövrədək isə 2210426 test aparılıb.

Ümumi ölənlərin sayı 2733 nəfərdir.