Azərbaycanda polis faciəvi şəkildə öldübackend

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Hyundai” markalı avtomobil ağaca çırpılıb. Hadisə nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyev ölüb.

Qeyd edək ki, A.Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.