Azərbaycanda sərnişin avtobusu qəzaya uğradıbackend

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslardan birinin aşması ilə bağlı məlumat daxil olub.

Bu barədə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək avtobusda olan sərnişinlərin çıxarılmasında və digər zəruri araşdırmalar aparılmasında iştirak ediblər.

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”.