Füzulidə dəhşətli qəza: İki hərbçimiz həlak oldubackend

Bu gün səhər saatlarında Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında baş vermiş qəzada vəfat edən şəxslərin hər ikisi Azərbaycan ordusunun zabiti olub.

“Qafqazinfo”nun məlumatına görə, A.Nəzərov mayor, İ.İmdatlı isə baş leytenant rütbəsində xidmət edib. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.

Qəzada vəfat edən sürücü, Azərbaycan Ordusunun mayoru A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək.