Avropa NATO-ya əlavə olaraq Rusiyaya qarşı yeni bir hərbi ittifaq yaradacaqbackend

Böyük Britaniya və digər doqquz Avropa ölkəsi qitənin şimalında “Rusiyadan gələcək təhdidlərin qarşısını almaq” üçün birgə dəniz qüvvələri (JNF) yaratmaq istəyirlər. Bu barədə “The Guardian” qəzetinin məlumatına görə, Kral Dəniz Qüvvələrinin rəhbəri general Qvin Cenkins bildirib.

General çoxmillətli dəniz qüvvələrinin “NATO-ya tamamlayıcı” kimi fəaliyyət göstərəcəyini bildirib. Buraya Böyük Britaniya, Danimarka, Finlandiya, İslandiya, İsveç, Norveç, Baltikyanı ölkələr və Hollandiya daxil olacaq. Yeni dəniz qüvvələrinin birgə təlim və təhsillə məşğul olması və Böyük Britaniyadakı qərargahdan komandanlıq ediləcəyi gözlənilir.

Cenkins izah edib ki, JNF-nin yaradılması hərbi əməliyyatlar başlasa, real imkanlar və müharibə planları təmin edəcək.