Britaniya hakimiyyəti Şotlandiya meşəsində öz “krallığını” quran 36 yaşlı afrikalı kişini deportasiya edib, The Scottish Sun qəzeti xəbər verir.
Qana vətəndaşı Kofi Offe altı ay Zimbabveli həyat yoldaşı və amerikalı qulluqçusu ilə birlikdə Şotlandiyanın Cedburq şəhəri yaxınlığındakı düşərgədə yaşayıb. Onlar meşədə çadırlar qurub və insanları yaxınlıqda məskunlaşmağa təşviq ediblər və “vəd edilmiş torpaqda” Kubala adlı bir krallıq qurduqlarını iddia ediblər.
Hakimiyyət orqanları dəfələrlə Offe və qadınlarını meşədən qovublar. Ötən ilin oktyabr ayında afrikalı kişi vizasının müddəti bitdiyinə görə həbs edilib. Altı ay sonra özünü kral elan edən şəxs vətəninə deportasiya edilib. Hər iki qadın uşağa laqeyd yanaşmaqda ittiham olunaraq həbsdədir.















