Ronaldo azarkeşlərin lağ etməsinə istehzalı cavab verdibackend

Səudiyyə Ərəbistanı Premyer Liqasında Əl-Əhli ilə oyundan sonra Səudiyyə Ərəbistanının Əl-Nəsr komandasının portuqaliyalı hücumçusu flaş müsahibə verməyə gedib və bu müsahibə zamanı rəqib komandanın azarkeşləri tərəfindən lağa qoyulub.

Jurnalist Fabrizio Romano bu barədə X sosial media saytında yazıb.

Müsahibə zamanı azarkeşlər tribunadan Ronaldonu lağa qoymağa başlayıblar. O, əlini uzadaraq beş rəqəmini göstərib və sonra “Mən Çempionlar Liqasını beş dəfə qazanmışam, beş!” deyib.