Azərbaycanda polis rəisi vəzifəsindən azad edildi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

İctimai.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.

O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Oxşar xəbərlər