Azərbaycanda universitet müəlliməsi qəfil vəfat edibbackend

Bakı Ali Neft Məktəbinin müəlliməsi qəfil vəfat edib.

İctimai.az xəbər verir ki, bu barədə məktəbinin rektoru Elmar Qasımov paylaşım edib.

“Qardaş Türkiyədəki faciəni yaşadığımız anlarda, BANM ailəsi səhər saatlarında qəfil və vaxtsız itki ilə üzləşib. Sevimli, daim gülərüz, istedadlı, gənc müəlliməmiz Türkan Haqverdini itirdik.

Qəfil ölüm tələbələrimizin sevimli müəlliməsini, BANM ailəsinin qayğıkeş üzvünü aramızdan apardı”, – deyə Elmar Qasımov bildirib.