iPhone 15 Ultra dizaynı göstərilibbackend

Dizayner Denert Apple smart saatları üslubunda iPhone 15 Ultra smartfonunun renderini yaradıb.

İctimai.az xəbər verir ki, o, qadcetin görünüşü ilə bağlı öz versiyasını Twitter-də dərc edib.

Şəkildə o, gələcək Apple flaqmanının necə görünə biləcəyini displeyin tərəfdən və cihazın arxa tərəfdən göstərib. Bununla belə, Denertin versiyası daxili məlumatlara deyil, onun şəxsi ideyalarına əsaslanır.

Mənbə: Gazeta.ru

İctimai.az