Azərbaycanın altıncı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edibbackend

Azərbaycanın altıncı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

İctimai.az xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə Georgi Meşvildişvili (125 kq) olimpiadada iştirak hüququna yiyələnib.

31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) da olimpiadaya lisenziya qazanıblar. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə edib.