Messi şeytan üzlü cırtdanla müqayisə edildibackend

Meksikalı Monterrey klubunun baş məşqçisi Niko Sançes KONKAKAF Çempionlar Liqasının 1/4 final mərhələsinin qalibiyyət matçından (2:1) sonra “İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messini təhqir edib.

Onun sözlərini The Guardian sitat gətirir.

Onun sözlərinə görə, forvard matçdan sonra komandanın baş məşqçisi Fernando Ortizə qarşı kobudluq edib.

“Cırtdan cinnə tutulmuşdu, onun üzü şeytan idi. Yumruğunu üzümə qaldırdı və soruşdu: “Sən özünü nə hesab edirsən?” Amma baxışlarımı ona yox, yana çevirdiyim üçün vəziyyət daha da pisləşdi. Bu, həqiqətən də ciddi idi” deyə Sançes bildirib.

Mənbə: NTV Spor