Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma doğma meydanda İsveçrə ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş rəqibin 85:55 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv daha əvvəl keçirdiyi oyunlarda səfərdə İsveçrəyə 53:72, İrlandiyaya 67:91 hesabı ilə məğlub olub, evdə isə Kosovoya qalib gəlib – 87:77.