ABŞ-də “Formula-1” üzrə Las-Veqas Qran Prisi keçirilib.
İctimai.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, qələbəni “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel qazanıb. İkinci yeri onun komanda yoldaşı Lyuis Hemilton tutub. İlk üçlüyü ispaniyalı Karlos Sayns (“Ferrari”) tamamlayıb.
Eyni zamanda, “Red Bull” komandasının pilotu Maks Ferstappen mövsümün sonuna iki yarış qalmış dünya çempionu olub. O beşinci yeri tutsa da, erkən titul üçün tələb olunan xalları yığıb və turnir cədvəlində hamı üçün əlçatmaz olub.
Xatırladaq ki, Ferstappenin 27 yaşı var. O, ardıcıl dördüncü il “Formula-1″in ən yaxşı pilotu adını qazanır.
“Formula-1″in növbəti mərhələsi Qətərdə keçiriləcək.