Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müdrik və xeyirxah siyasətibackend

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva! Sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirəm, möhkəm can sağlığı, ailənizlə birlikdə xoşbəxt illər və yorulmaz, böyük fəaliyyətində uğurlar arzu edir həmçinin ən xoş arzularımı səmimi olaraq çatdırıram!

Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibidir.Mehriban xanım Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Fəaliyyəti ilə həyatımızın bütün sahələrinə dərindən nüfuz edir.

Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir. Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübut və bütün xanımlarımız üçün örnəkdir.Fəaliyyəti ilə möhtərəm Prezident Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır.

Azərbaycanın birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə qadınlarımızın haqq isinin önündə getməyə və ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir.Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyü işlər göz qabağındadır. Xüsusən, onun xeyriyyəçilik işləri, ehtiyacı olanlara hədsiz qayğısı cəmiyyətdə minnətdarlıqla qarşılanır.

Mehriban xanımın dövlət və xalq qarşısında ən böyük xidmətlərindən biri də 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Fondu ilə bağlıdır. Rəhbərlik etdiyiniz Fond dünya şöhrətli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafını, xalqımızın maddi rifahının yaxşılaşması, onun min illər boyu yaratdığı, yaşatdığı dəyərlərin qorunması naminə müəyyən etdiyi siyasətin öyrənilməsi, təbliği və bu ideyaların həyata keçirilməsi istiqamətində misilsiz rol oynayır.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.

Mehriban xanım Əliyevanın həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri ortaq bir xətt birləşdirir – humanizm, insanpərvərlik, mərhəmət. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın siyasi portretinin ən ümdə və ülvi cizgiləridir.

Dərin hörmət və ehtiramla,

Teymur Mustafayev, Yeni Azərbaycan Partiyasının fəalı

İctimai.az