Azərbaycanın Əməkdar rəssamı vəfat edibbackend

Azərbaycanın Əməkdar rəssamı Ağa Saleh Nuriyev vəfat edib.

“Report”un məlumatına görə, 83 yaşlı rəssam bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, A.Nuriyev 1940-cı ildə Bakıda anadan olub. O, 1957-1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964-1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. A.Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

Onun əsərləri Gürcüstan, Rusiya, Almaniya, Çexiya, Slovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar rəssam” adına layiq görülüb.