İlham Əliyevdən yeni təyinatbackend

Mədəniyyət nazirinə yeni müavin təyin edilib.

İctimai.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Səadət Yusifova Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib.

Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.