Beyons əsl saçının necə göründüyünü nümayiş etdiribbackend

Müğənni Beyons əsl saçının necə göründüyünü nümayiş etdirib.

İfaçı videonu İnstaqramda yayımlayıb.

42 yaşlı Beyons makiyajsız və saç uzatmadan kamera qarşısına keçib. Müğənni qara top və göy cins şalvar geyinib. O, görünüşünü sırğalarla tamamlayıb. Ustası saça qulluq prosedurlarını yerinə yetirərkən ifaçı stulda əyləşib. Mütəxəssis Beyoncenin “Cécred” adlanan yeni brendinin məhsullarından istifadə edib.

Fevral ayında müğənni Beyons və sevgilisi, reper Cey Zi qızları Blu Ayvi ilə birlikdə Qremmi Mükafatlarına qatılıb. Cey Zi bu mükafatı musiqi və hip-hopun inkişafına verdiyi töhfəyə görə alıb. O, 12 yaşlı Blu Ayvi ilə səhnəyə çıxıb, Beyons isə həmin an tamaşaçılar arasında əyləşib. İnternet istifadəçiləri məşhur qızının necə dəyişdiyindən şoka düşüblər.

Ötən həftə Beyonce Yaponiyada təxribatçı geyimdə poza verib. Müğənni şəffaf krujevadan tikilmiş tünd qırmızı dar kombinezonda göründüyü fotosunu yayımlayıb. Ulduz onu çəkmələr, kovboy tipli papaq, kütləvi qızıl sırğalar, üzük və zəncirli kəmərlə birləşdirib.

Mənbə: Akşam