Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzubbackend

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Beşinci qrupda yer alan komanda bu gün V tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub.

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.

Hazırda Azərbaycan millisi iki xalla qrupda sonuncu – dördüncü pillədə yer alıb. Şimali Makedoniya isə altı xalla ikincidir.