Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı dayandırılmalıdırbackend

Şuşa-Laçın yolundakı aksiyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin ekoloji cinayətlərinə yönəltməkdir

Ermənilər 30 il işağl altında saxladıqları Azərbaycan torpalqarında təkcə insan genosidi deyil, həmçinin ekoloji terror törədiblər. Ərazinin ekoloji tarazlığı pozulub, genişmiqyaslı hərbi eroziya yaranıb. Respublikanın müharibəyə məruz qalan ərazilərində yaşıllıqlar dağılıb, vəhşi heyvanların bir qismi qırılıb, bir qismi ərazini tərk edib zooloji genosid (zoosid) yaranıb. İşğaldan azad olunan ərzilərdə məlum olub ki, ekosistemlər dağılıb. Ərazi sursat qalıqları ilə çirklənmiş, basdırılan minalar daimi təhlükə mənbəyinə çevrilib. Meşələr, meşə zolaqları, otlaqlar, kəndlərdə qalan binalar və başqa obyektlər düşməncəsinə yandırılıb, tarixi abidələr məhv edilib, çaylarımız məqsədli şəkildə çirkləndirilib. Prezident İlham Əliyev ermənilərin bu vəhşiliklərini ekosid – ətraf mühitə qarşı genosid adlandırıb: “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid – ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib…Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq biz keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər”.

Azərbaycanın işğala məruz qalmış rayonlarında ermənilər yeraltı sərvətlərimizi də qarət ediblər. Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunmasına baxmayaraq,  Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bu gün də təbii sərvətlərimizi erməni quldurları talayırlar. Bununla bağlı dekabrın 12-dən başlayaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası keçirirlər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Nəzərə çatdıraq ki, Arazın qolu olan Oxçuçay (Azərbaycan ərazisində 580 km olan) tarixən Azərbaycanın, 1920-ci ildə isə Ermənistan tərəfindən ilhaq olunan Qafan, Qacaran mis-molibden və Ley-Liçkivaz qızıl yataqlarının zərərli sularını Araz çayına axıdır və onu dözülməz dərəcədə çirkləndirir. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır. Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən çayda monitorinqlər aparılıb. 2021-ci ilin yanvar-iyun aylarında Oxçuçaydan götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. ETSN-nin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı iki, dəmir dörd və nikel yeddi dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. Bu səbəbdən çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb.  Bununla bağlı bütün beynəlxalq təşkilatlara məktubla müraciət edilib. Lakin hələ də konkret nəticə yoxdur. Başqa sözlə,  Ermənistanın Azərbaycana qarşı bu gün də belə həyata keçirdiyi ekoloji terror  davam edir. Lakin beynəlxalq təşkilatlar hələ də problemə göz yummaqdadırlar. Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.

Şuşa-Laçın yolundakı aksiyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin ekoloji cinayətlərinə yönəltməkdir. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır. Dünya ermənilərin bu cünayətlərindən xəbərdar olmalıdır. Bu gün Azərbaycana məxsus olan ərazilərdə ermənilər talançılıq edirlər. Azərbaycan ictimaiyyəti isə buna qarşı haqlı olaraq etiraz edir. Azərbaycanın təbii sərvətlərindən ermənilərin və onların havadarlarının istiafədə etməsi yolverilməzdir.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi