2026-cı ilin yanvar-fevral aylarında “AzerGold” QSC 30,9 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,7 faiz çoxdur.
İctimai.az Businesstime-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar- fevral aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 21,8 milyon dollar olub.












