AzTU tələbələri “Azərişıq” ASC-də işlə təmin olunacaqbackend

Azərbaycan Texniki Universitetinin (AzTU) “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri “Azərişıq” ASC-nin tanınmış təlimçilərinin onlayn təcrübə proqramında iştirak edib.

Üç ay davam edəcək proqramda tələbələr ixtisaslarına uyğun nəzəri biliklərini təkmillərşdirmək və  praktiki tətbiq etmək imkanı əldə edəcək. Təcrübə proqramını yüksək nəticə ilə bitirən iştirakçılar ASC-də işlə təmin olunacaq.

İctimai.az