B-Girl [Lee] və B-Boy [Button] Red Bull BC One Cypher Azerbaijan-ın çempionları oldularbackend

B-Girl Lee və B-Boy Button Red Bull BC One Cypher Azerbaijan 2024-ün qalibləri elan olundular.

İctimai.az xəbər verir ki, 18.02.2024-cü il tarixində Passage 1901 məkanında tədbirdə ölkənin ən yaxşı breykerləri beynəlxalq nüfuzlu münsiflərin qarşısında qələbə uğrunda mübarizə aparıblar.

B-girl Lee ləqəbli Leyla Əliyeva yeganə xanım iştirakçı olduğundan tək performans nümayiş edib və qalib elan edilib.

B-Boyların qarşılaşmasında Button ləqəbli Fərman Lazımov Jay-breakjay ləqəbli  Cavid Aslanovla gərgin mübarizədən qalib ayrılıb.

Red Bull BC One Dünya Finalının 2 qat qalibi Kastet ləqəbli Nataliya Kiliyaçkina, Red Bull BC One Cypher Türkiyənin dəfələrlə qalibi olmuş Jester ləqəbli Oğuzhan Karademir və Predatorz komandasının üzvü Beatmaster ləqəbli Artyom Əliyev Red Bull BC One Cypher Azerbaijan-ın münsifləri sırasında olub. Tədbirdə aparıcı və ev sahibi rolunda isə hip-hop çevrələrində tanınmış MC Remo çıxış edib.

B-girl Lee və b-boy Button Azərbaycanı qlobal seçim mərhələsi olan və Rioda baş tutacaq Red Bull BC One Last Chance Cypher-də təmsil edəcək. Seçim mərhələsini keçdikləri halda onlar Red Bull BC One 2024 Dünya Finalında 16 b-girl və b-boydan biri olmaq şansı qazanacaqlar.

Red Bull BC One Dünya Finalı barədə bilməyi olduğunuz hər şey:

●30-a qədər dünya ölkəsində 92 seçim mərhələsi baş tutmuş Red Bull BC One Dünya Finalı ən yüksək səviyyəli güc, ayaq hərəkətləri, donmalar, aldatmalar və s nümayişi üçün planetin müxtəlif nöqtələrindən dünya səviyyəli breykerləri bir araya toplayır.

●Red Bull BC One Dünya Finalında 16 b-boy və 16 b-girl iştirak edir və hip-hop və breykinq səhnəsində tanınmış DJ-lər musiqini müəyyən edir.

●Sayca 20-ci olan ötən ilin Red Bull BC One Dünya Finalı Parisdə Rolllan Qarros Arenasında baş tutmuşdu. Bu üçüncü dəfə idi ki, Red Bull BC One bu məkanda baş tuturdu. Yaponiyalı Emi və Cənubi Koreyalı Hong 10 2023-cü ilin ən yaxşı breykerləri elan edildilər.

●Red Bull BC One World Dünya finalı 2004-cü ildə başlayan qlobal təkbətək breykinq yarışmasıdır. İndiyə qədər 20 dəfə keçirilən yarışma hər il fərqli dünya meqapolisində keçirilir.

●Red Bull BC One Camp-i Dünya finalına yaxınlaşan günlərdə baş tutur. Burada dünyanın hər yerindən olan breykinq əfsanələri və perspektivli breykerlər master-klaslar, panellər, battllar və s. üçün Rio-de-Janeyroya toplanırla. Red Bull BC One Last Chance Cypher-da isə ölkə qalibləri Dünya Finalının səhnəsində yer uğrunda döyüşürlər.

RED BULL BC ONE barədə

Red Bull BC One qlobal breykinq yarışmasıdır. Hər il minlərlə breyker dünya finalında ölkəsini təmsil etmək şansı uğrunda mübarizə aparırlar. 2004-cü ildən bəri dünyanın aparıcı şəhərlərində 20 Dünya Finalına ev sahiblik etmiş Red Bull BC One  30-dan çox ölkədə 90-dan çox tədbir və proqramlar həyata keçirir. Eləcə də Red Bull BC One dünyanın ən güclü breykinq komandalarından biri olan Red BC One All Star komandasına sahibdir.

Əlavə məlumat üçün: www.redbull.com/bcone