Bakı-Sumqayıt yolunda YPX avtomobilinin iştirakı ilə baş verən qəza barədə RƏSMİ AÇIQLAMAbackend

“DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında Yol Patrul Xidməti (YPX) avtomobilinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisəsi dekabrın 31-i saat 14:00-da baş verib”.

Bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

Qeyd olunub ki, qəza Bakı-Quba yolunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində baş verib:

“YPX-yə məxsus BMW markalı avtomobil maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan və həlak olan yoxdur. Bu, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsidir”, – deyə məlumatda bildirilir.