Mədəniyyət Nazirliyinə məxsus klub yanaraq külə dönübbackend

Şəmkirdə Mədəniyyət Nazirliyinə məxsus klub yanaraq külə dönüb.

İctimai.az APA-ya istinadən xəbər verir ki, rayonun Tatarlı kəndində yerləşən Mədəniyyət Nazirliyinin balansında ümumi sahəsi 400 kvadratmetr olan birmərtəbəli kənd Mədəniyyət evinin yanar konstruksiyaları və içərisində olan əşyaların 240 kvadratmetr sahədə yanıb.

Mədəniyyət evinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Qeyd edək ki, yanan bina Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Şəmkir rayon Tatarlı kəndi Folklor evidir.