Bakıda ferma ərazisində yanğın baş veribbackend

Bakıda ferma ərazisində yanğın hadisəsi baş verib.

İctimai.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda ferma ərazisində ümumi sahəsi 2000 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları tam yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.