Bakıda itkin düşən 15 yaşlı yeniyetmə tapıldı – FOTObackend

Bakıda itkin düşən 15 yaşlı Elvin Məmmədov tapılıb.

Bu barədə Oxu.Az-a onun atası Elçin Məmmədov məlumat verib.

O bildirib ki, oğlu paytaxtın Sabunçu rayonu ərazisində tapılıb:

“Elvini Sabunçuda vətəndaşlardan biri tapıb. Bilmirəm kim tapıb, amma Allah ondan razı olsun. Uşağı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verib. Bizə bölmədən zəng etdilər, getdik, Elvini götürdük. Hazırda Elvin evdədir, heç bir narahatlığı yoxdur. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirik”.