Bakıda məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdılarbackend

Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub.

N.Nərimanov küçəsində – məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.

O, xəstəxanaya aparılıb və qolu gipsə salınıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.