Paytaxtda evdə güclü partlayış zamanı yaralanan əcnəbi tələbələrin vəziyyəti AÇIQLANDIbackend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanlarının vəziyyətini açıqlayıb.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan və Hindistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:

“Hadisə zamanı evdə olan bədən xəsarəti alan dörd nəfərin vəziyyəti orta-ağırdır. Üz, boyun, əl və ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər”.