Bakıda özünü yandıran qadın öldübackend

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, Nizami rayonunda 52 yaşlı Dəmirova Məlahət Aqil qızı yaşadığı evdə özünü yandırıb.

Ağır vəziyyətdə olan qadın dərhal Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.