Gömrük Komitəsinin vəzifəli şəxsinin intiharı ilə bağlı qurumdan REAKSİYAbackend

Dövlət Gömrük Komitəsi gömrük şöbəsinin rəis müavini 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlunun özünü asaraq intihar etməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Komitənin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, təəssüf ki, belə bir hadisə yaşanıb:

“Hadisə Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində baş verib. Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.