Bakıda partlayışdan sonra mebel sexinin dağıntıları altından daha bir meyit çıxarıldıbackend

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışdan sonra dağıntılar altından bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, bununla dağıntılar altından çıxarılan meyitlərin sayı doqquza çatıb.