Bakıda strateji əhəmiyyətli zavodun rəhbərliyi dəyişdibackend

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Rasim Gözəlov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, zavoda rəhbərlik Rasim Tahirova həvalə olunub.

Xatırladaq ki, Bakı Cihazqayırma Zavodu 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.