Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edibbackend

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

O, bununla bağlı “Instagram” hesabında paylaşım edib:

“Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı və xoşbəxtlik, Vətənimizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram!”