Bakıda taksilərin sayı 50 faiz azaldılıbbackend

“Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir”.

İctimai.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, əvvəl Bakıda 67-70 min taksi fəaliyyət göstərirdi.

“Taksi sahəsində aparılan tənzimləmələrdən sonra elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə, 35 min taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, – deyə nazir müavini qeyd edib.